"Atletik"in hücumçusu Avroliqa tarixinə düşdü

"Atletik" (Bilbao) klubunun şərəfini qoruyan Arits Aduris Avropa Liqasının tarixinə düşüb. SportLine.az xəbər verir ki, futbolçu yarış tarixində ilk dəfə penta-trik müəllifi olub. O, "Genk" üzərində qazanılan qələbənin əsas memarı kimi çıxış edib. Hücumçu rəqibi 5 dəfə meydanın mərkəzinə dəvət etməklə diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, "Atletik" (Bilbao) - "Genk" matçı 5:3 hesabı ilə yekunlaşıb.