Autizmli uşaqlarla görüş keçirildi

Bu gün Azərbaycan Autizm Assosiasiyası İmişli rayonunda autizmli uşaqlar və onların ailələri ilə görüş keçirib. 

Sportline.az xəbər verir ki, tədbirdən öncə Azərbaycan Autizm Assosiasiyanın vitse-prezidenti, millət vəkili Jalə Əhmədova və Assosiasiyasının sədri Elnur Məmmədli İmişli rayon İcra hakimiyyətinin başçısı Elçin Rzayevlə görüşüb. Görüşdə İmişli rayonunda bu istiqamətdə görülən işlərdən danışılıb, perspektivdə layihələrin icrası və   Reabilitasiya  mərkəzi üçün xüsusi yerin ayrılması müzakirə olunub. İcra hakimiyyətinin başçısı Elçin Rzayev təklifləri müsbət dəyərləndirib və layihələrin icrasına dəstək olacağını vurğulayıb. 

Daha sonra Azərbaycan Autizm Assosiasiyasının mütəxəsisləri autizmli uşaqları dəyərləndirib , valideynlərə məsləhətlər verib və bu uşaqların həyatında idman təlimlərinin əhəmiyyəti barədə məlumat veriblər.
Sonda Azərbaycan Autizm Assosiasiyasının rəhbərliyi yaradılan şərait üçün İmişli rayon İcra hakimiyyətinin başçısı Elçin Rzayevə təşəkkürünü bildirib və bu əməkdaşlığın davamlı olacağına inandığını dilə gətirib.