AVF rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb
Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərib.
AVF-dən Sportline.az-a verilən məlumata görə, Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının oyununa təyinat alıb. O, Türkiyənin İstanbul şəhərində "Vakıfbank" və Polşanın "LKS Lodz" komandaları arasında keçiriləcək play-off matçında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Martın 1-də baş tutacaq qarşılaşmanın hakimləri isə macarıstanlı Halaş Tibor və rumıniyalı Visan Benonedir.
Qeyd edək ki, “Vakıfbank” və "LKS Lodz" klublarının ilk qarşılaşması Türkiyə klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.