"Avro-2016": hakimlərin siyahısı açıqlandı
Futbol üzrə Avropa çempionatına oyunları idarə edəcək hakimlərin siyahısı bəlli olub. SportLine.az xəbər verir ki, qitə birinciliyinə, ümumilikdə, 112 hakim dəvət alıb. 6 nəfərdən (1 baş hakim, 5 köməkçi hakim) ibarət 18 hakim briqadası ilə yanaşı, daha 4 ədalət təmsilçisi də ehtiyat qüvvə kimi Fransaya gedəcək.
Avropa çempionatına dəvət edilən baş hakimlərin siyahısı belədir:
Martin Atkinson (İngiltərə), Felikc Brix (Almaniya), Cüneyt Çakır (Türkiyə), Mark Klattenburq (İngiltərə), Uilyam Kollam (Şotlandiya), Yonas Eriksson (İsveç), Ovidiu Xaseqan (Rumıniya), Sergey Karasev (Rusiya), Viktor Koşşoi (Macarıstan), Pavel Kralovets (Çexiya), Byorn Kuypers (Niderland), Şimon Marçinyak (Polşa), Milorad Majiç (Serbiya), Sveyn Moen (Norveç), Nikola Ritsoli (İtaliya), Damir Skomina (Sloveniya), Kleman Tyurpen (Fransa), Karlos Velasko Karbalyo (İspaniya).