AVRO 2020-nin biletlərinin taleyi necə olacaq?
UEFA AVRO-2020-nin oyunlarını stadiondan izləmək üçün bilet almış azarkeşlərə ödəmələrin geri qaytarılması prosedurunu açıqlayıb.
Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, biletlər koronavirus pandemiyası səbəbindən növbəti ilə təxirə salınmış turnir üçün də etibarlı sayılacaq.
Biletləri qaytarmaq istəyənlər isə 18 - 25 iyunda "euro2020.com/tickets" saytı vasitəsilə ödədikləri pulları geri ala biləcəklər.
Gələcək bilet satışlarının tarixləri sonrakı mərhələdə təsdiqlənəcək.
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınan AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.