AVRO-2020: Oyunların şərhçiləri bilindi

AVRO-2020-nin oyunları ötən illərin şərhçilərinin təqdimatında yayımlanacaq.

Sportline.az xəbər verir ki, bu haqda "İctimai TV" vasitəsilə yayımlanan "Sabaha saxlamayaq" verilişində məlumat verilib.

ANS-dəki fəaliyyəti ilə tanınan şərhçilər - Asif Bağırovla İlqar Mikayıloğlu ilə yanaşı AzTV-nin sabiq şərhçisi Elnur Əşrəfoğlua  da qitə birinciliyinin oyunlarını şərh edəcək.