AVRO-2024: Avropa çempionatlarında daha bir ilk

Avropa çempionatları tarixində daha bir ilk yaşanıb.

Sportline.az xəbər verir ki, söhbət eyni millətdən olan ikidən çox məşqçinin komandanı qrup mərhələsinə çıxarmasından gedir.

İlk dəfə olaraq italiyalılar bu göstəriciyə imza atıblar.

AVRO:2024-də İtalyanı təmsil edən 4 mütəxəssis pley-offa adlayıb.

Luçano Spaletti İtaliya, Domeniko Tedesko Belçika, Françesko Kalsona Slovakiya, Vinçenso Montello isə Türkiyə millisi ilə 1/8 finalda olacaq.