AVRO-2024: Çexiya - Türkiyə oyununda rekord göstərici

AVRO:2024-ün Türkiyə - Çexiya oyununda rekord göstərici qeydə alınıb.

Sportline.az xəbər verir ki, görüş zamanı isveçrəli baş hakim Sandro Şörer futbolçulara 19 vərəqə (17 sarı, 2 qırmızı) göstərib.

Qeyd edək ki, F qrupunda Çexiya seçməsinə 2:1 hesabı ilə qalib gələn Türkiyə 1/8 finala yüksəlib.

"Ay-ulduzlular"ın pley-offdakı rəqibi Avstriya millisi olacaq.