AVRO 2024: Portuqaliya son dəqiqə qolu ilə Çexiyaya qalib gəlib

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün daha iki oyun baş tutacaq.

Sportline.az xəbər verir ki, F qrupunda Türkiyə - Gürcüstan və Portuqaliya - Çexiya matçları keçiriləcək.

AVRO-2024

18 iyun

I tur

F qrupu

20:00. Türkiyə - Gürcüstan 3-1.

Qollar:Mert Müldür 25, Arda Gülər 65, Kerem 90+7// Mikautadze 32

Baş hakim: Fakundo Telyo (Argentina).

Dortmund, "Siqnal İduna Park" stadionu.

23:00. Portuqaliya - Çexiya 2-1

Qollar:Hranaç 69 (avtoqol), Konseysau 90+2// Provod 62.

Baş hakim: Marko Quida (İtaliya).

Leyptsiq, "Red Bull Arena".

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.