AVRO-2024: Ronaldu bu göstəricidə liderdir
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Avropa çempionatının qrup mərhələsində qapıya vurulan zərbələrin sayına görə birincidir.
Sportline.az xəbər verir ki, bu haqda UEFA məlumat yayıb.
39 yaşlı forvard qrupdakı 3 oyunda rəqb qapılarına doğru 12 zərbə endirib.
Onlardan isə yalnız 5-i çərçivəyə ünvanlanıb.
Ronaldu bu göstəricidə qapıya doğru hərəyə 10 zərbə vuran Romelu Lukaku, Kilian Mbappe, Kay Haverts, Aleksandr Mitroviç və Kristian Erikseni qabaqlayıb.