AVRO-2024: Superkompüter 1/8 finalın favoritlərini açıqladı

Opta superkompüteri Avropa çempionatının pley-off mərhələsinin favoritlərini açıqlayıb.

Sportline.az xəbər verir ki, superkompüter ev sahibi Almaniyanın Danimarka səddidni adlayacağını bildirib.

İspaniya - Gürcüstan cütündə ispanların, Portuqaliya - Sloveniya duelindən portəgizlərin qalib ayrılacağı gözlənilir.

Fransa Belçikanı, Niderland Rumıniyanı, İngiltərə Slovakiyanı İsveçrə İtaliyanı mübarizədən kənarlaşdıracaq.

Türkiyə - Avstriya cütünə gəldikdə isə, superkompüter bu dueldə avstriyalılara üstünlük verib. 

Qeyd edək ki, 1/8 finala sabah keçiriləcək  Almaniya - Danimarka və İsveçrə - İtaliya görüşləri ilə başlanacaq.