AVRO-2024: Üçüncü turun rəmzi komandası

Avropa çempionatının qrup mərhələsinin 3-cü turunun rəmzi komandası açıqlanıb.

Sportline.az xəbər verir ki, heyət məşhur "WhoScored" portalının versiyasına görə tərtib olunub.

Heyətin ən yaxşısı 8,31 balla Fransa millisnin kapitanı Kilian Mbappe olub.

Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliya 8,14 balla ikinci qeyd olunub.

İlk üçlüyü isə ispaniyalı Dani Olmo (8,09) qapayıb.