Avrokubokların yeni mövsümünün təqvimi

UEFA 2020/2021 mövsümündə avrokubokların təsnifat və qrup mərhələlərinin oyunlarının təqvimini açıqlayıb.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, yeni mövsümdə Çempionlar Liqasında ilkin mərhələyə avqustun 8-i start veriləcək. Avropa Liqasının oyunları isə avqustun 20-i başlayacaq.

Çempionlar Liqasında 1,2, 3-cü təsnifat mərhələləri, Avropa Liqasında isə 1,2, 3-cü təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq. Meydan sahibi komanda püşkə əsasən müəyyənləşəcək

Çempionlar Liqasının təqvimi

İlkin mərhələ: 8 avqust və 11 avqust

1-ci təsnifat mərhələsi: 18/19 avqust

2-ci təsnifat mərhələsi: 25/26 avqust

3-cü təsnifat mərhələsi: 15/16 sentyabr

Pley-off mərhələsi: 22/23 sentyabr və 29/30 sentyabr

Qrup mərhələsi: 20/21 oktyabr, 27/28 oktyabr, 3/4 noyabr, 24-25 noyabr, 1-2 dekabr, 8-9 dekabr

Avropa Liqasının təqvimi

İlkin mərhələ: 20 avqust

I təsnifat mərhələsi: 27 avqust

II təsnifat mərhələsi: 17 sentyabr

III təsnifat mərhələsi: 24 sentyabr

Pley-off mərhələsi: 1 oktyabr

Qrup mərhələsi: 22 oktyabr, 29 oktyabr, 5 noyabr, 26 noyabr, 3 dekabr, 10 dekabr

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi müvafiq olaraq oktyabrın 1-də və 2-də  Afinada keçiriləcək.