Avrokuboklarla bağlı son qərar verildi

UEFA avrokuboklarla bağlı qərarı açıqlayıb.

Sportline.az xəbər verir ki, Çempionlar Liqası "səkkizlər finalı" formatında 12-23 avqust tarixlərində Lissabonda keçiriləcək. 1/4 və yarımfinal tək matç formatında olacaq.

Yeni qərarla  İstanbul builki yox, gələn il keçiriləcək ÇL-in finalına ev sahibliyi edəcək. Sankt-Peterburqda isə 2021/2022 mövsümündəki final oynanılacaq.

Avropa Liqası da "səkkizlər finalı" formatında keçiriləcək. 1/4 finaldan başlayacaq görüşlər Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində keçiriləcək. Final matçı isə avqustun 21-i Kölndə olacaq.

Bu qərarlar UEFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra rəsmən açıqlanıb.