Avrokuboklarla bağlı yeni açıqlama

"Avrokuboklarla bağlı qərar hələ qəbul olunmayıb. Müxtəlif variantlar nəzərdən keçirilir".

Sportline.az xəbər verir ki, bununla bağlı UEFA-dan Rusiyanın "Sport-Ekspress" nəşrinin sorğusuna cavab olaraq bildirilib.

Açıqlamada koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası və Avropa Liqası barədə yeniliyin olmadığı qeyd olunub: "Cari mövsümü başa çatdırmağa imkan verən təqvim qərarlarını və format seçimlərini öyrənmək üçün liqaların və klubların nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb. İndiki məqamda müxtəlif variantlar üzərində iş gedir".

Qeyd edək ki, avrokuboklarla bağlı yekun qərarın iyunun 17-də UEFA İcraiyyə Komitəsinin iclasında qəbul olunacağı gözlənilir.