Avroliqa: Həftənin ən yaxşısı bəlli oldu
UEFA Avropa Liqasında ötən həftənin ən yaxşısının adını açıqlayıb. SportLine.az xəbər verir ki, qurumun rəsmi saytında azarkeşlər arasında aparılan onlayn səsvermədə "Ayaks"ın hücumçusu Bertran Traore "ən yaxşı" adına layiq görülüb. O, səslərin 90%-ini toplayıb.
B.Traorenin rəqibi - Pol Poqba ("Mançester Yunayted") isə 10% səs qazanıb.
Qeyd edək ki, B.Traore "Lion"la görüşdə iki qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.