"Qəbələ"dən darmadağın

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin növbəti görüşləri keçirilir. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qəbələ" ilk oyununu doğma azarkeşlər önündə oynayıb. Rəqib Gürcüstanın "Samtredia" klubu olub. 

Tarixində 3-cü dəfə Avropa Liqasında mübarizə aparacaq "radarlar" ötən ilki uğuru təkrarlamaq niyyətində idilər. 20 ildən sonra Avrokuboklara qayıdan "Samtrediya" da Bakıda sərfəli nəticə qazanmaq arzusunda idi.

Gözlənildiyi kimi, "Qəbələ"nin üstünlüyü ilə keçən matç təmsilçimizin böyükhesablı qələbəsi ilə yekunlaşıb.

30 iyun 2016
Avropa Liqası
I təsnifat mərhələsi


“Qəbələ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) - 5:1
QOLLAR: 
Stankoviç, 16 (1:0); Zenyov, 19 (2:0); Uiks, 30 (3:0); Şerqelaşvili, 59 (3:1), Uiks, 69 (4:1); Uiks, 72 (5:1)
Hakimlər: Denis Şerbakov, Dmitri Juk, Yuri Xomçenko, Sergey Tsinkeviç (hamısı Belarus)
Bakı. 8-ci km qəsəbə stadionu

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 6. Rəşad Sadıqov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 34. Urfan Abbasov

Ehtiyat oyunçular: 33. David Pietrjkeviç, 8. Qismət Əliyev, 17. Məhəmməd Mirzəbəyov, 32. Rəşad Eyyubov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov, 90. Ramil Həsənov

“Samtredia”: 12. Miqnieşvili, 3. Qoqiaşvili, 4. Sandoxadze, 6. Mancqaladze, 7. Rajamaşvili, 10. Arabuli, 11. Zivzivadze, 14. Cikiya, 16. Şerqelaşvili, 22. Mçedlişvili, 26. Datunayşvili

Ehtiyat oyunçular: 30. Meşveliani, 2. Mtivlişvili, 8. Markozaşvili, 15. Çnobiladze, 17. Kerdzevadze, 39. Qorqiaşvili, 77. Qamkrelidze