Avroliqada 5-ci tur başlayır
Bu gün Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, 8 qrupda ümumilikdə 16 matç oynanılacaq
Türkiyə klublarından"Fənərbaxça" İstanbulda Fransa "Renn"i ilə, "Trabzonspor" Serbiyada "Srvena Zvezda"sı ilə qarşılaşacaq.
Təmsilçimiz "Qarabağ" isə səfərdə Fransa "Nant"ı ilə üz-üzə gələcək.
Bu gün keçiriləcək matçlardan sonra PSV (Niderland), "Lüdoqorets" (Bolqarıstan), "Union" (Belçika), "Braqa" (Portuqaliya), "Mançester Yunayted" (İngiltərə), "Qarabağ" (Azərbaycan) və "Ferentsvaroş" (Macarıstan) pley-offa vəsiqəni təmin edə bilər.
Qeyd edək ki, bundan əvvəl "Fənərbaxça" (Türkiyə), "Arsenal" (İngiltərə), "Renn" (Fransa), "Frayburq" (Almaniya), "Betis" (İspaniya) və "Real Sosyedad" (İspaniya) pley-offa yüksəlib.
UEFA Avropa Liqasının qrup mərhələsi, 5-ci tur
26 oktyabr
A qrupu
20:45. PSV (Niderland) - "Arsenal" (İngiltərə)
20:45. "Sürix" (İsveçrə) - "Budö Qlimt" (Norveç)
Xal durumu: "Arsenal" - 12, PSV - 7, "Budö Qlimt" - 4, "Sürix" – 0
B qrupu
20:45. AEK (Larnaka, Kipr) - "Dinamo" (Kiyev, Ukrayna)
20:45. "Fənərbaxça" (Türkiyə) - "Renn" (Fransa)
Xal durumu: "Fənərbaxça" – 10, "Renn" – 10, AEK – 3, “Dinamo” - 0
C qrupu
20:45. "Lüdoqorets" (Bolqarıstan) - "Betis" (İspaniya)
23:00. HİK (Finlandiya) - "Roma" (İtaliya)
Xal durumu: "Betis" - 10, "Lüdoqorets" - 7, "Roma" - 4, HİK - 1
D qrupu
20:45. "Malmö" (İsveç) - "Union" (Belçika)
20:45. "Union" (Berlin, Almaniya) - "Braqa" (Portuqaliya)
Xal durumu: "Union" - 10, "Braqa" - 7, "Union" (Berlin) - 6, "Malmö" - 0
E qrupu
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Şerif" (Moldova)
23:00. "Omoniya" (Kipr) - "Real Sosyedad" (İspaniya)
Xal durumu: "Real Sosyedad" - 12, "Mançester Yunayted" - 9, "Şerif" - 3, "Omoniya" - 0
F qrupu
20:45. "Latsio" (İtaliya) - "Midtülland" (Danimarka)
23:00. "Şturm" (Avstriya) - "Feyenoord" (Niderland)
Xal durumu: "Feyenoord" - 5, "Midtülland" - 5, "Latsio" - 5, "Şturm" - 5
G qrupu
23:00. "Frayburq" (Almaniya) - "Olimpiakos" (Yunanıstan)
23:00. "Nant" (Fransa) - "Qarabağ" (Azərbaycan)
Xal durumu: "Frayburq" - 12, "Qarabağ" - 7, "Nant" - 3, "Olimpiakos" - 1
H qrupu
23:00. "Ferentsvaroş" (Macarıstan) - "Monako" (Fransa)
23:00. "Srvena Zvezda" (Serbiya) - "Trabzonspor" (Türkiyə)
Xal durumu: "Ferentsvaroş" - 9, "Trabzonspor" - 6, "Monako" - 6, "Srvena Zvezda" - 3