Avroliqada pley-off həyəcanı davam edir

Basketbol üzrə Avroliqada pley-off oyunları bugün 2 qarşılaşma ilə davam edəcək.

Sportline.az xəbər verir ki, “Fənərbağça” seriyanın ilk oyunu üçün çətin “Monako” səfərinə yollanıb.

“Fənərbağça” müntəzəm mövsümü 6-cı, “Monako” isə 3-cü sırada tamamlamışdı.Bu görüş Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Günün digər maraqla gözlənən oyununda “Barselona” “Olimpiakos”la qarşılaşacaq.

“Barselona” müntəzəm mövsümü 4-cü sırada bitirib. ”Olimpiakos” isə 5-ci pillədə qərarlaşıb.”Palau Blaugrana” arenasında keçiriləcək matçın start fiti 23:00-da səslənəcək.