Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rusiyaya uduzub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı üçüncü sınağında Rusiya yığması ilə qarşılaşıb. Görüş rusiyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Yığma ilk setdə 16:25, ikinci setdə 17:25, sonuncu setdə isə 13:25 hesabı ilə uduzub.

Avropa çempionatı

A qrupu

19:00. Azərbaycan - Rusiya - 0:3 (16:25, 17:25, 13:25)

Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk iki oyununda Belçika və Bosniya və Herseqovina seçmələrinə müvafiq olaraq, 0:3 hesabı ilə uduzub. Xalı olmayan yığma hazırda sonuncu - 6-cı pillədə qərarlaşıb.