Avropa çempionatı "CBC Sport" vasitəsilə yayımlanacaq
Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçiriləcək futzal üzrə Avropa çempionatı "CBC Sport" vasitəsilə canlı yayımlanacaq.
SportLine.az xəbər verir ki, yanvarın 30-da start götürəcək yarışda Azərbaycan millisi də iştirak edəcək. Komandamız İspaniya və Fransa ilə eyni qrupda yer alıb.
Qeyd edək ki, yarışa fevralın 10-da yekun vurulacaq.