Portuqaliya və Almaniya yarımfinalda

Almaniya – Belçika - 1:0
QOL: 
Renat Dadaşov, 46 (1:0)

Portuqaliya – Avstriya - 5:0
QOLLAR: 
Joze Qomes, 7-pen (1:0), 18 (2:0), 47 (3:0), Mesakyu Dyu, 51 (4:0), Miqel Luis, 77 (5:0)

***

17 yaşadək futbolçuların Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, bu gün yarışda 1/4 final mərhələsi start götürəcək. Mərhələnin ilk oyun günündə iki qarşılaşma keçiriləcək. 

Millimizin mübarizə apardığı "A" qrupunun qalibi Portuqaliya Avstriya ilə üz-üzə gələcək. Belçika isə Almaniya ilə qarşılaşacaq.

14 may 2016
U-17 Avropa çempionatı, 1/4 final


15:00. Portuqaliya – Avstriya
Baş hakim:
 Fran Yoviç (Xorvatiya)
Hakimin köməkçiləri: Marios Dimitriadis (Kipr), Georgi Todorov (Bolqarıstan)
Dördüncü hakim: Peter Kraloviç (Slovakiya)
“Dalğa Arena”
 
20:00. Almaniya – Belçika
Baş hakim
: Qunnar Yarl Yonsson (İslandiya)
Hakimin köməkçiləri: Balaj Buzas (Macarıstan), Lazaros Dimitriadis (Yunanıstan)
Dördüncü hakim: Petr Ardeleanu (Çexiya)
“Dalğa Arena”