Avropa çempionatı ləğv olundu
Ümumdünya Karate Federasiyası (WKF) Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat sistemində dəyişiklik edib.
Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, olimpiadanın təxirə salınması səbəbindən karate yarışlarında təsnifat sisteminin yenilənməsi məqsədəuyğun sayılıb.
Bundan başqa 25 - 29 martda Bakıda keçirilməli olan karate üzrə Avropa çempionatı ləğv olunub. Yarışda verilməli olan lisenziya xallarının 2021-ci ildə İsveçin Göteborq şəhərində təşkil olunacaq analoji turnirdə bölüşdürülməsinə qərar verilib.
Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.