Avropa çempionatı: Millimizin növbəti rəqibi məlum oldu

Qadın voleybolçular arasında Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.

Qol.az xəbər verir ki, millimizin 1/8 finalda qarşılaşacağı rəqibi də müəyyənləşib. C qrupunu ikinci yerdə tamamlayan Azərbaycan yığması 1/8 finalda A qrupunun üçüncüsü - Bolqarıstanla üz-üzə gələcək. Görüş sentyabrın 1-də, Budapeştdə keçiriləcək.

Qeyd edək ki, Bolqarıstan millisi A qrupunu 6 xalla üçüncü yerdə tamamlayıb.

Seçməmiz Bolqarıstanı keçsə, 1/4 finalda Serbiya - Rumıniya cütünün qalibi ilə üz-üzə gələcək. Həmin matç sentyabrın 4-də Ankarada oynanılacaq.