Avropa çempionatı öncəsi məğlubiyyət
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatı öncəsi daha bir yoxlama görüşündə qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, rəqib İtaliya seçməsi olub.
Milli Gimnastika Arenasında keçirilən matç Apennin təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1 (25:18, 25:22, 24:26, 25:15).