Hollandiya və İspaniya yarımfinalda

İsveç – Hollandiya - 0:1
QOL: 
Çonq, 62

İspaniya – İngiltərə - 1:0
QOL:
 Qarsia, 11

***

17 yaşadək futbolçuların Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, bu gün yarışda 1/4 final mərhələsinə yekun vurulacaq.

İspaniya İngiltərə ilə görüşdə yarımfinal vəsiqəsini təmin etməyə çalışacaq. İsveç isə uğurlu çıxışın davamını Hollandiya ilə oyunda gətirmək niyyətindədir.

15 may 2016
U-17 Avropa çempionatı, 1/4 final


16:00. İspaniya – İngiltərə
Baş hakim:
 Sveyn-Erik Edvartsen (Norveç)
Hakimin köməkçiləri: Ceyhun Sesigüzel (Türkiyə), Levan Varamişvili (Gürcüstan)
Dördüncü hakim: Mitya Zqaneç (Sloveniya)
8-ci km qəsəbə stadionu
 
20:00. İsveç – Hollandiya
Baş hakim:
 Ville Nevalaynen (Finlandiya)
Hakimin köməkçiləri: Emmet Dinan (İrlandiya), Edvard Spiteri (Malta)
Dördüncü hakim: Bartoş Frankovski (Polşa)
8-ci km qəsəbə stadionu