Avropa çempionatı sona yaxınlaşır

Danimarkanın Herninq şəhərində velosiped idmanının şosse növüüzrə Avropa çempionatı başa çatmaq üzrədir. Azərbaycan Velosiped İdmanı Federasiyasından SportLine.az saytına verilən məlumata görə, Gənclər, U-23 və Elit kateqoriyasıüzrə təşkil olunan yarışda 5 idmançımız mübarizə aparıb.

Avropa çempionatı davam edən günlərdə Danimarkada müşahidə olunan yağışlı hava şəraiti yarışın gedişinə təsirsiz ötüşməyib. Məsələn, 152 gənc velosipedçidən yalnız 117-si məsafəni başa vurmağı bacarıb. Yığma üzvlərimizə gəlincə, finişə 25 km qalmışİvan Orlov təkər deşilməsi, 8 km qalmış isə Mikayıl Səfərli toqquşma nəticəsində qiymətli vaxt itkisinə məruz qalıb vəəsas pelotondan aralı düşüb. Buna rəğmən, velosipedçilərimiz 120,6 km məsafəni başa vurmağı bacarıblar.

157 velosipedçinin starta çıxdığı U-23 yaş kateqoriyasında 160,8 km məsafəyə mübarizə zamanı da eyni hadisələr yaşanıb – Kənan Qəhrəmanlıvə daha 20 iştirakçı qəza səbəbindən yarışı başa vura bilməyibsə, finişə 300 metr qalmış növbəti qəza Elgün Əlizadənin qızıldan qiymətli saniyələr itirməsi ilə nəticələnib və o çempiona 11 saniyə uduzmaqla 69-cu olub.

Qadın velosipedçimiz Yelena Pavluxinaya gəlincə, fərdi ötüşmədə 15-ci yeri tutan təmsilçimiz 120,6 km məsafyə qrup ötüşməsində çempion olmuş hollandiyalı idmançıdan 18 saniyə geri qalmaqla 97 nəfər arasında 35-ci nəticə göstərib.

U-23 yaş kateqoriyasında qalib olmuş danimarkalı idmançıya çempion köynəyini və qızıl medalı Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov təqdim edib.