Avropa çempionatı təxirə salındı
Belarusun paytaxtı Minskdə keçiriləcək qılıncoynatma üzrə Avropa çempionatı qeyri-müəyyən müddətə təxirə salınıb.
Sportline.az xəbər verir ki, bu barədə Belarus Qılıncoynatma Federasiyasının sədri Dmitri Şiçko bildirib. O, beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişer Usmanovdan müvafiq məzmunlu məktub aldıqlarını açıqlayıb.
Qeyd edək ki, Avropa çempionatı 16 - 21 iyunda nəzərdə tutulmuşdu. Beynəlxalq Qılıncoynatma Federasiyası daha öncə iyunadək olan bütün turnirləri təxirə salıb. Avropa çempionatında Azərbaycan idmançılarının da iştirakı planlaşdırılırdı.