III MDB Oyunları: Azərbaycanın qızlardan ibarət qılıncoynadanları yarımfinala vəsiqə qazanıblar

Qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarında yarımfinala vəsiqə qazanıb.

Sportline.az-ın Gəncəyə ezam olunan əməkdaşı xəbər verir k, yığma 1/4 finalda Belarusdan güclü olub - 45:42.

Komanda yarımfinalda Rusiya kollektivi ilə üz-üzə gələcək.