Azərbaycan qılıncoynadanları İtaliyada keçirilən Avropa çempionatında çıxış ediblər

Azərbaycanın qadınlardan ibarət qılıncoynadanları İtaliyanın Genuya şəhərində keçirilən Avropa çempionatında çıxış ediblər.

Sportline.az xəbər verir ki, qılıncoynatmanın sablya növü üzrə komanda yarışında mübarizə aparan Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət yığma ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Almaniya millisinə 43:45 hesabı ilə uduzub.

Milli 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Yunanıstan yığmasına 42:45 hesabı ilə məğlub olub. Komandamız 11-ci yer uğrunda baş tutan görüşdə Böyük Britaniya sablyaçılarına 45:31 hesabı ilə qalib gəlib.