Avropa çempionatına yekun vuruldu

Qadınlar arasında Avropa çempionatı yekunlaşıb.

SportLine.az xəbər verir ki, Hollandiyada təşkil olunan turnirin həlledici görüşündə meydan sahibləri Danimarka ilə üz-üzə gəliblər. Gərgin keçən görüş "narıncılar"ın qələbəsi ilə yekunalaşıb - 4:2.

Bürünc medala isə yarımfinalda məğlub olan İngiltərə və Avstriya milliləri layiq görülüb.

Qeyd edək ki, Hollandiya millisi tarixində ilk dəfə Avropa çempionu adına yiyələnib. Bunadək Almaniya 8, Norveç 2, İsveç 1 dəfə qızıl medala yiyələnib.