Avropa çempionatının oyun günləri

Gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsinin oyun günləri açıqlanıb.

Sportline.az xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə qrup mərhələsinin oyunları 11 gün davam edəcək.

Buna səbəb final mərhələsində iştirak edəcək komandaların sayının 12-dən 16-ya çatdırılmasıdır. A və C qrupunun oyunları Amsterdamda, B və D qrupunun qarşılaşmaları isə Qroningendə keçiriləcək. 1/4, yarımfinal, eləcə də 3-cü yer və final oyunları Amsterdamda təşkil olunacaq. 

Onu da qeyd edək ki, final mərhələsinin püşkatma mərasiminin tarixi hələ dəqiqləşməyib. Çox güman bu tədbir noyabrda keçiriləcək pley-off oyunlarından sonra baş tutacaq.

 

19 yanvar

A2 – A4, A1 – A3 (Amsterdam)

 

20 yanvar

B2 – B4, B1 – B3 (Qroningen)

 

21 yanvar

C2 – C4, C1 - C3 (Amsterdam)

 

22 yanvar

D2 – D4, D1 – D3 (Qroningen)

 

23 yanvar

A2 – A3, A4 – A1 (Amsterdam)

 

24 yanvar

B2 – B3, B4 – B1 (Qroningen)

 

25 yanvar

C2 – C3, C4 – C1 (Amsterdam)

 

26 yanvar

D2 – D3, D4 – D1 (Qroningen)

 

28 yanvar

B3 – B4, A1 – A2 (Amsterdam)

B1 – B2, A3 – A4 (Qroningen)

 

29 yanvar

C1 – C2, D3 – D4 (Amsterdam)

3 – C4, D1 – D2 (Qroningen)

 

1/4 final

 

31 yanvar

B qrupunun qalibi – A qrupunun ikincisi (Amsterdam)

A qrupunun qalibi – B qrupunun ikincisi (Amsterdam)

 

1 fevral

C qrupunun qalibi – D qrupunun ikincisi (Amsterdam)

D qrupunun qalibi – C qrupunun ikincisi (Amsterdam)

 

Yarımfinal

 

4 fevral

A qrupunun qalibi – B qrupunun ikincisi // D qrupunun qalibi – C qrupunun ikincisi (Amsterdam)

B qrupunun qalibi – A qrupunun ikincisi // C qrupunun qalibi – D qrupunun ikincisi (Amsterdam)

 

6 fevral

Üçüncü yer uğrunda və final oyunu (Amsterdam)

Qeyd: Amsterdamdakı oyunlar “Ziggo Dome”də keçiriləcək. 2012-ci ildə istifadəyə verilən arena 10500 tamaşaçı tutumuna malikdir. Arenada idman oyunları ilə yanaşı konsertlər də təşkil olunur.

Qroningendə isə matçlara “Martini Plaza” evsahibliyi edəcək. 1989-cu ildə istifadəyə verilən arenanın tutumu tədricən artırılıb və 2000-ci ildə bu rəqəm 3900-ə çatdırılıb. Burada da müxtəlif idman oyunları, xüsusilə də tennis və basketbol qarşılaşmaları, eləcə də sərgilər təşkil olunur. Hazırda “Donar” basketbol komandası ev oyunlarını bu məkanda keçirir.