Avropa Liqasında çıxış edən klubun iki futbolçusu koronavirusa yoluxdu

Belçikanın "Brügge" klubunun daha iki futbolçusu koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, qapıçı Simon Minyole və yarımmüdafiəçi Şarl de Ketelerenin testi müsbət çıxıb.

Hər iki oyunçu Ukraynanın "Dinamo" (Kiyev) komandasına qarşı Avropa Liqasının cavab matçını buraxacaq. Baş məşqçi Filipp Kleman, oyunçular Stefano Densvil, Matey Mitroviç və Hans Vanaken eyni səbəbdən ilk oyunda iştirak etməyib.

Qeyd edək ki, Kiyevdəki ilk qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Fevralın 25-də keçiriləcək cavab oyunu Bakı vaxtı ilə 24:00-da başlayacaq.