Avropa Liqasında ən yaxşı adına namizədlər

Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sportline.az xəbər verir ki, bu ada İngiltərə "Tottenhem"indən Dele Alli, "Arsenal"dan Pyer-Emerik Obameyanq, Şotlandiya "Reyncers"indən Alfredo Morelos və Norveç "Molde"sindən Andreas Linde iddia edir.

Alli evdə Avstriya "Volfsberq"ini 4:0 hesabı ilə məğlub etdikləri görüşdə 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Obameyanq Portuqaliya "Benfika"sına 3:2 qalib gəldikləri maçda dubl edib.

Morelos Belçika "Antverpen”ini 5:2 hesabı ilə darmadağın etdikləri qarşılaşmada fərqlənib. Qapıçı Linde isə Almaniyada "Hoffenhaym"ı 2:0 yendikləri oyunda 9 qurtarışla yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.