Avropa nəhəngləri Alvarezi istəyir
“Atletiko Madrid”in baş məşqçisi Diego Simeone Xulian Alvarezə marağın artdığını təsdiqləyib.
Sportline.az xəbər verir ki, mütəxəssis argentinalı hücumçunun Avropanın aparıcı klublarının diqqətində olmasını normal qarşılayıb.
Simeone bildirib ki, Alvarez kimi keyfiyyətli futbolçuya böyük komandaların maraq göstərməsi təəccüblü deyil.
O, “Barselona”, “Arsenal” və PSJ kimi klubların futbolçu ilə maraqlanması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib və bunu təbii proses adlandırıb.
Qeyd edək ki, Xulian Alvarez “Mançester Siti”dən 90 milyon avroya transfer olunub.