Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya gəlir

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandr Boriçiç, vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev Bakıya səfər edəcəklər.

Azərbaycan Voleybol Federasiyasından Sportline.az-a verilən məlumata görə, funksionerlər noyabrın 5-də paytaxta gələcəklər.

Qonaqlar noyabrın 6-da baş tutacaq Azərbaycan çempionatının açılış mərasiminə qatılacaqlar və Yüksək Liqanın ilk qarşılaşmasını izləyəcəklər.

Səfər zamanı bir neçə vacib görüşün keçirilməsi də nəzərdə tutulub.