Avstraliya millisinin yeni baş məşqçisi məlum olub

"Kristal Pelas"ın keçmiş futbolçusu Toni Popoviç Avstraliya millisinin baş məşqçisi təyin olunub.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, tərəflər arasında 2 illik müqavilə imzalanıb.

51 yaşlı mütəxəssis bu postda 2018-ci ildən komandada çalışan Qrem Arnoldu əvəz edib. Arnold 2022-ci il Dünya Çempionatında millini 1/8 finala daşımış, lakin Avstraliya orada Argentinaya məğlub olaraq mübarizəni dayandırmışdı.

Popoviç 5 il "Kristal Pelas"da oynayıb və karyerasını bitirdikdən sonra klubun məşqçilər korpusunda yer alıb.2021-24-cü illərdə Melburn klubunu çalışdıran Popoviç Türkiyə və Yunanıstanda da işləyib.