Avstriyada ən güclü kim oldu?

Daha bir Avropa ölkəsində çempion müəyyənləşib.

Sportline.az xəbər verir ki, "Zaltsburq" ardıcıl 7-ci, tarixində isə 14-cü dəfə Avstriya çempionu olub. "Öküzlər" Bundesliqanın XXX tur qarşılaşmasında "Hartberq"i darmadağın edib - 3:0. Bununla da qızıl medallar sona 3 tur qalmış sahibini tapıb. Hazırda 44 xalla birinci yerdə gedən "Zaltsburq" 35 xala malik ən yaxın izləyicisi "Rapid"i şəxsi göstəricilərdə də üstələyir.