"Ayaks" futbolçusu ilə müqavilə yenilədi

"Ayaks" futbolçusu Naci Ünüvarla yeni müqavilə imzalayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən, 17 yaşlı hücumçu 2022/2023 mövsümünün sonuna kimi Niderland təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, N.Ünüvar Niderlandın U-17 millisinin də şərəfini qoruyur.