“Ayaks” - “Qalatasaray”: Heyətlərdəki son durum
Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulacaq.
Sportline.az xəbər verir ki, “Qalatasaray”ı bu gecə çətin "Ayaks" səfəri gözləyir.
İstanbul nəhənginin heyətində əsas itki Mauro İkardinin adı ilə bağlıdır.
“Ayaks”da isə Oven Vayndal, Benjamin Tahiroviç və Aksel Dongen zədə səbəbindən matçı buraxmalı olacaq.
Bu oyun ərəfəsində “Qalatasaray” 13 xalla 9-cu, “Ayaks” 10 xalla 16-cı pillədə yer alıb.
Oyunun ədalət təmsilçisi ispaniyalı Xesus Xil Manzano olacaq.
Qeyd edək ki, "Ayaks" - "Qalatasaray" matçı bu gün Bakı vaxtı ilə gecə yarısı saat 12-də başlanacaq.