Ayaz Quliyevin yeni klubu müəyyənləşir
Moskva "Spartak"ının azərbaycanlı futbolçusu Ayaz Quliyev “Rostov”a qayıda bilər.
Sportline.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi "qırmızı-ağlar"la yolları ayırmağa hazırlaşır.
Quliyev 2018-2019 mövsümündə icarə əsasında "Rostov"da oynayıb. Qışda “Spartak” 1 milyon avro qarşılığında onu geri qaytarıb.
Ancaq azərbaycanlı futbolçu komandadakı intizamsız davranışlarından Moskva təmsilçisinin əvəzedici heyətinə göndərilib. Bu səbəbdən də Quliyevin yenidən “Rostov”a qayıtması gözlənilir.
Qeyd edək ki, Ayaz “Spartak”ın yetirməsidir. O, cari mövsüm “qırmızı-bəyazlılar”ın heyətində 15 oyun keçirib.