Ayın ən yaxşı məşqçisi açıqlandı

Futbol üzrə İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı baş məşqçisi məlum olub.

Sportline.az xəbər verir ki, “Napoli” komandasının çalışdırıcısı Luçano Spaletti ötən ayın ən yaxşısı seçilib.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

“Napoli” Spalettinin rəhbərliyi ilə ötən ay A Seriyasında keçirdiyi 4 oyun hamısında qələbə qazanıb.