Həftəsinə 400 min funt sterlinq alan futbolçu Keyni geridə qoyur
"Əl-Əhli"nin hücumçusu Ayvan Toni həftəsinə 400 min funt sterlinq məvacib alır.
Sportline.az "Capology"yə istinadən xəbər verir ki, bu, futbolçuya vergiləri çıxmaq şərti ilə qalan məbləğdir.
Ayvan Toni bununla İngiltərənin ən çox pul ödənilən futbolçusu ünvanına sahib çıxıb.
O, hətta "Bavariya"nın forvardı Harri Keyni də bu göstəricidə geridə qoyub.
Keynin həftəsinə 217 min funt qazandığı bildirilir.
Qeyd edək ki, 28 yaşlı Toni bu yay 42 milyon avro qarşılığında "Brentford"dan "Əl-Əhli"yə transfer olunub.