"Ayntraxt" bu futbolçuya görə 26 milyon avro təklif edib

"Ayntraxt"ın yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, "Marsel"in fransalı futbolçusu Elye Vahi "Ayntraxt"a transfer ola bilər.

Almaniya klubu bu keçid üçün "Marsel"ə 26 milyon avro təklif edib.

Qeyd edək ki, 22 yaşlı forvard cari mövsüm çıxış etdiyi 14 oyunda 3 qol və 1 asistlə yadda qalıb.

Elye Vahinin "Marsel"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.