Ayşən Abduləzimova: "Çox səhvlərə yol verdik"

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Avropa Qızıl Liqasındakı 3-cü məğlubiyyətdən danışıb.

Sportline.az xəbər verir ki, o, Finlandiya (1:3) ilə görüşdə çox səhvlərə yol verdiyini bildirib.

"Oyuna pis başladıq, amma 3-cü hissədə toparlanıb qalib gəldik. Düşünürəm ki, indi ispanlarla oyundan daha yaxşı oynadıq. Görüş haqqında deyə bilərəm ki, özümüz çox səhvlərə yol verdik. Rəqibimiz sürətli hücum edirdi. Buna görə də blokda istədiyim kimi çıxış edə bilmədik. Ümid edirəm ki, növbəti qarşılaşmalarda daha yaxşı oyun göstərəcəyik".