Azad Rəhimovun səhhəti ilə bağlı son durum

Hazırda ABŞ-da müalicə olunan gənclər və idman naziri Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq.

Sportline.az xəbər verir ki, bu barədə nazir müavini İsmayıl İsmayılov açıqlama verib.

O bildirib ki, ötən gün Azad Rəhimovla danışıb və hazırda nazirin səhhəti yaxşıdır: "Heç bir problem yoxdur. Yəqin ki, yaxın günlərdə Bakıya qayıdacaq".