AZAL-ın futbolçusu "Sumqayıt"da
“Sumqayıt” növbəti transferini reallaşdırıb. SportLine.az xəbər verir ki, “kimyaçılar” bundan əvvəl AZAL-da çıxış edən Kamal Mirzəyevi heyətinə qatıb.
22 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, K.Mirzəyev karyerası ərzində AZAL və “Qəbələ”də çıxış edib. O, həmçinin, Azərbaycanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.