AZAL Sumqayıtda sevindi
Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən AZAL və "Sumqayıt" yoldaşlıq görüşündə üz-üzə gəliblər. SportLine.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın taleyini bir qol həll edib. AZAL-ın yeni transferi Ruslan Əmircanov komandasına qələbə qazandırıb.