AZAL qələbə qazandı
Bu gün Topaz Premyer Liqasında 32-ci tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Avrokuboklara iddiasını qoruyan AZAL "Xəzər Lənkəran"ı qəbul edəcək. Ötən tur "Rəvan"a məğlub olan "təyyarəçilər" cənub təmsilçisi ilə görüşdə azarkeşləri qarşısında bəraət qazanmaq niyyətindədirlər.
30 aprel 2016
TPL, 32-ci tur
AZAL – “Xəzər Lənkəran” - 1:0
QOL: Nuqzar Kvirtiya, 54 (1:0)
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov
Cari mövsümdəki oyunlar: 1:3, 1:0, 1:0
“AZAL Arena”