AZAL məğlubiyyətdən xilas oldu
Topaz Premyer Liqasında 9-cu tur davam edir. SportLine.az xəbər verir ki, bu gün turun daha bir oyunu keçiriləcək. AZAL doğma meydanda "Zirə" ilə üz-üzə gələcək.
Cari mövsümdə qələbə üzünə həsrət qalan "təyyarəçilər" tilsimi "Zirə" ilə görüşdə qırmaq niyyətindədirlər. Turnir cədvəlində vəziyyətini yaxşılaşdırmaq niyyətində olan Adil Şükürovun komandasının isə rəqibə asan təslim olacağı inandırı deyil.
24 oktyabr 2016
TPL, 9-cu tur
AZAL – “Zirə” - 1:1
QOLLAR: Sezar Meza Kolli, 25/p. (0:1); David Canelidze, 66 (1:1)
AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 24. Emin Cəfərquliyev (k), 18. Ruslan Əmircanov, 7. Kamal Mirzəyev, 55. Qeyrət Əliyev, 10. Nuqzar Kvirtiya, 11.Ruslan Nəsirli, 77. Adan Koronado, 9. Röyal Nəcəfov
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 27. Eltun Hüseynov, 12. Mahsun Qənbərli, 4. Qvanzav Maqomedov, 21. David Canelidze, 17. Rəşad Abdullayev, 15. Brayn Fok
Baş məşqçi: Tərlan Əhmədov
“Zirə”: 1. Anar Nəzirov (k), 18. Tural Cəlilov, 5. Adil Nağıyev, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 11. Viktor İqbekoyi, 8. Milan Duriç, 7. Gerhard Proqni, 92. Cavid Tağıyev, 19. Nurlan Novruzov, 20. Sezar Meza Kolli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 10. Elvin Məmmədov, 77. Yamin Ağakərimzadə, 21. Murad Səttarlı, 17. Vüsal İsgəndərli, 38. İlkin Muradov
Baş məşqçi: Adil Şükürov
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, İsgəndər Əliyev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
“AZAL Arena”
I dövrədəki oyun: 1:3